Главная > İdman / Manset > Serxio Ramos “Real”dan ayrıldı - RƏSMİ

Serxio Ramos “Real”dan ayrıldı - RƏSMİ


17-06-2021, 08:00. Разместил: azadses
Madrid “Real”ı müdafiəçi Serxio Ramosla yollarını ayırıb.

Sports.ru xəbər verir ki, bu barədə klub tərəfindən məlumat yayılıb.

Məlumata əsasən, iyunun 17-də “Real”ın prezidenti Florentino Peresin iştirakıyla mətbuat konfransı keçiriləcək. Tədbirdə Ramosun gedişi barədə rəsmi məlumat veriləcək.

Qeyd edək ki, müdafiəçi 2005-ci ildən kral klubunun şərəfini qoruyur. 35 yaşlı Ramos karyerası ərzində beş dəfə İspaniya çempionu, dörd dəfə Çempionlar Liqası və dörd dəfə İspaniya Superkubokunun qalibi olub.


Вернуться назад