Главная > İdman > Şenol Günəş italyanlara məğlubiyyətin səbəbini açıqladı
Şenol Günəş italyanlara məğlubiyyətin səbəbini açıqladı12-06-2021, 09:02. Разместил: azadses |
AVRO-2020-nin açılış matçında İtaliyaya uduzan (0:3) Türkiyə millisinin baş məşqçisi Şenol Günəş bu oyun haqqında fikirlərini bölüşüb. Oxu.Az xəbər verir ki, rəqibin niyə üstün olduğunu bildirib: “Rəqib bizdən üstün idi. Texnika və taktika olaraq da onlar öndə idilər. İlk hissədə rəqibin təzyiqini üstümüzdən ata bilmirdik. İtaliya millisi topa sahib çıxanda onu asanlıqla vermir. Təzyiq göstərəndə isə topu bizdən asanlıqla alırdılar. Ancaq ikinci hissədə ilk qoldan sonra oyuna nəzarəti daha da itirdik. Meydançada bizdən daha üstün bir komanda var idi. Rəqibin tempi, sürəti, texniki səviyyəsi, meydançada oyunu idarə etməsi çox yaxşı idi. Nəticədə bizdən üstün çıxış edən bir komandaya uduzduq. İtaliya millisi nə qədər yaxşı oynasa da, biz öz çıxışımızı sərgiləyə bilmədik. Bəlkə də ikinci hissənin əvvəlində belə bir qol buraxmasaydıq, daha güclü oynayardıq. Bu qarşılaşmada qazana biləcəyimiz bir və ya üç xal bizim üçün əhəmiyyət kəsb edirdi. Amma alınmadı. Çox məyusuq. Bu bir yarışdır. Qalib gəlsək belə, bu matç son oyunumuz olmayacaq idi. İndi qarşıda iki görüşümüz var. Bunların hər ikisində qələbə qazanmaq istəyirik. Əvvəlcə Uelslə qarşılaşacağıq. Futbol oyundan asılı olaraq dəyişə bilir. Ümid edirik ki, Uelslə oyunda istədiyimiz kimi oynayıb, yaxşı nəticə əldə edərik”. Qeyd edək ki, Türkiyə millisi qrupdakı digər iki oyununu Bakıda keçirəcək. Вернуться назад |