Главная > İdman > Azərbaycanlı futbolçu dörd xarici klubla danışıqlar aparır
Azərbaycanlı futbolçu dörd xarici klubla danışıqlar aparır4-06-2021, 16:01. Разместил: azadses |
“Səbail” klubu ilə müqaviləsi bitmiş futbolçu Turan Manafov karyerasını ölkə xaricində davam etdirə bilər. Oxu.Az-ın xəbərinə görə, 21 yaşadək millimizdə də forma geyinmiş 22 yaşlı sol cinah müdafiəçisi Latviyanın “Liepaya” klubunda çıxış edə bilər. Onu Latviyaya aparan isə vaxtı ilə Azərbaycanda “İnter” (indiki “Keşlə”) və “Simurq” kimi klublarda oynamış, indi futbol menecerliyi ilə məşğul olan Baçana Sxadadzedir. O daha əvvəl “Qəbələ”də oynamış braziliyalı Dodonu “Liepaya”ya keçirib. Ancaq onun Türkiyənin “Ankara Keçiörəngücü”, Şimali Makedoniyanın “Şkupi” və ötən mövsümün nəticəsinə əsasən Avstriya Bundesliqasının sonuncusu olmuş “Admira Vakker” klublarından birində də çıxış etməsi mümkündür. Bu səbəbdən də futbolçu Liepaya klubundan iyunun 15-dək gözləməyi xahiş edib. Qeyd edək ki, Türkiyənin I divizion klubu olan “Ankara Keçiörəngücü”ndə artıq bir azərbaycanlı futbolçunun oynayacağı dəqiqləşib. Bu, Vüsal İsgəndərlidir. Səbuhi Musayev Вернуться назад |