Главная > İdman / Manset > “Formula 1” yarışlarını şərh edən jurnalist efirdən uzaqlaşdırıldı

“Formula 1” yarışlarını şərh edən jurnalist efirdən uzaqlaşdırıldı


1-06-2021, 07:46. Разместил: azadses
Belçikanın RTBF telekanalı “Formula 1” yarışlarını şərh edən jurnalist Mark Duesi müvəqqəti olaraq işindən kənarlaşdırıb.

“Sport1” xəbər verir ki, buna səbəb aparıcının “Böyük dəbilqə” seriyalı turnirlərin 23 qat qalibi Serena Uilyamsın haqqında təhqiramiz ifadələr işlətməsidir.

Xatırladaq ki, S. Uilyams fəxri qonaq olaraq “Formula 1”in Monako Qran-Prisinin yarışlarında iştirak edib və ona finiş xəttində yarış iştirakçılarını damalı bayraqla qarşılamaq həvalə olunub.

Bu barədə məlumat alan aparıcı canlı efirdə S. Uilyams barədə xoşagəlməz ifadələr istifadə edib.

“Serena Uilyams bu gün həmişəkindən fərqli olaraq nə isə başqa bir şeyi yelləyəcək”, - deyə jurnalist qeyd edib.

O, həmçinin efirdə ABŞ-dan olan tennisçinin dostlarından birini “eybəcər” adlandırıb.


Вернуться назад