Главная > İdman > “Barselona” prezidenti ilə Qvardiola arasında görüş keçiriləcək

“Barselona” prezidenti ilə Qvardiola arasında görüş keçiriləcək


28-05-2021, 09:57. Разместил: azadses
“Barselona” futbol klubunun prezidenti Xuan Laporta “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanı Kataloniya klubuna geri qaytarmağa çalışır.

Bu barədə AS agentliyi məlumat yayıb.

Mənbə iddia edir ki, Çempionlar Liqasının final matçından dərhal sonra X.Laporta ilə 50 yaşlı ispaniyalı futbol mütəxəssisi arasında təkbətək görüş keçiriləcək.

Xatırladaq ki, İspaniyanın və dünyanın bir sıra nüfuzlu futbol nəşrləri “Barselona” rəhbərliyinin hazırkı baş məşqçi Ronald Kumanı vəzifədən kənarlaşdıracağını yazıb.


Вернуться назад