Главная > İdman / Manset > UEFA Çempionlar Liqasının formatı dəyişdirilə bilər

UEFA Çempionlar Liqasının formatı dəyişdirilə bilər


28-05-2021, 08:00. Разместил: azadses
UEFA 2024-cü ildən etibarən Çempionlar Liqasının formatını dəyişə bilər.

Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hazırda ciddi şəkildə müzakirə edilən mümkün dəyişikliklərə əsasən, turnirin yarımfinalı çərçivəsində iki yox, bir oyun keçiriləcək, cavab görüşləri ləğv olunacaq. Yarımfinal və final matçları bir həftə ərzində eyni şəhərdə baş tutacaq.

Həmçinin, oyunlar konsertlər, əfsanəvi futbolçuların çıxışları kimi əlavə tədbirlərlə müşayət olunacaq.

Qeyd edək ki, 2019/20-ci illər mövsümünün həlledici qarşılaşmaları məhz qeyd olunan formatda Lissabonda təşkil olunub.


Вернуться назад