Главная > İdman / Manset > Hakan Çalhanoğlu “Yuventus”la anlaşmaq üzrədir

Hakan Çalhanoğlu “Yuventus”la anlaşmaq üzrədir


26-05-2021, 08:23. Разместил: azadses
“Milan”da çox yaxşı mövsüm keçirən, lakin müqaviləsi sona çatan Türkiyə millisinin üzvü Hakan Çalhanoğlunun gələcək karyerası ilə bağlı vəziyyət hələ də müəmmalı olaraq qalır.

“Haber Global” idman jurnalisti Əmrah Akçaaya istinadən xəbər verir ki, futbolçu “Yuventus”la anlaşmaq üzrədir. Müxbirin sözlərinə görə, yarımmüdafiəçi yaxınlarına “Yuventus”a getdiyini və Ronaldunun komandadan ayrılacağını deyib.

Qeyd edək ki, Çalhanoğlu bu mövsüm “Milan” formasıyla çıxdığı 43 matçda 9 qola və 12 məhsuldar ötürməyə imza atıb.


Вернуться назад