Главная > İdman > “İnter”, “Milan” və “Atalanta”ya “Yuventus” da qoşuldu

“İnter”, “Milan” və “Atalanta”ya “Yuventus” da qoşuldu


24-05-2021, 09:12. Разместил: azadses
İtaliya A Seriyasının son turunda UEFA Çempionlar Liqasına vəsiqə verən bütün dörd vəsiqənin taleyinə aydınlıq gəlib.

Turun mərkəzi görüşü “Atalanta” və “Milan” arasında birincilərin meydanında keçirilib. Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 2:0.

Bununla da “Milan” xalını 79-a çatdıraraq, gümüş medalçı olub. 78 xala malik “Atalanta” isə 3-cü pilləyə enərək, bürünc medalla kifayətlənib.

Daha iki diqqətçəkən qarşılaşma 4-cü yerin sahibini tapması baxımından önəmli olub. “Napoli” öz meydanında “Verona” ilə 1:1 hesablı heç-heçə edərək, 77 xalla 5-ci pilləyə enib.

Əvəzində “Yuventus” səfərdə “Bolonya”nı 4:1 hesabı ilə darmadağın edərək, 78 xalla 4-cü pilləyə yüksəlib.

Nəticədə Turin komandası “İnter”, “Milan” və “Atalanta” ilə birgə Çempionlar Liqasına yüksəlib.


Вернуться назад