Главная > İdman / Manset > Fövqəladə vəziyyət elan olunacağı təqdirdə Yay Olimpiya Oyunlarının taleyinə aydınlıq gətirilib
Fövqəladə vəziyyət elan olunacağı təqdirdə Yay Olimpiya Oyunlarının taleyinə aydınlıq gətirilib22-05-2021, 11:00. Разместил: azadses |
Yaponiya paytaxtında fövqəladə vəziyyət elan olunsa belə, Tokiodakı Yay Olimpiya Oyunları keçiriləcək. “RİA Novosti”nin məlumatına görə, bu barədə Olimpiya oyunların koordinasiya komissiyasının rəhbəri Con Kouts bildirib. Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınmış Tokio Olimpiya Oyunları 23 iyul - 8 avqust tarixlərində keçiriləcək. “Bunu idmançılar üçün, onların xəyallarını reallaşdırmaq üçün edirik. Olimpiya Oyunları elə bunun üçün yaradılıb”, - deyə Kouts əlavə edib. Onun sözlərinə görə, təhlükəsiz Olimpiya oyunlar təşkil etmək üçün görülən və planlaşdırılan tədbirlər ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) tam qane edir. Hazırda doqquz prefekturada - Tokio, Osaka, Hyogo, Kyoto, Ayti, Fukuoka, Hokkaydo, Hiroşima və Okayamada fövqəladə rejim fəaliyyətdədir. Daha 10-da isə koronavirusla mübarizə üçün gücləndirilmiş tədbirlər görülür. Вернуться назад |