Главная > İdman > Polşa çempionunun ikinci transferi Mahir Emreli olacaq

Polşa çempionunun ikinci transferi Mahir Emreli olacaq


20-05-2021, 11:34. Разместил: azadses
Millimizin futbolçusu Mahir Emreli Polşa çempionu “Leqiya”nın ikinci transferi olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat verib.

“Leqiya” artıq Ukraynanın “Zarya” klubundan ərəb-yəhudi mənşəli almaniyalı mərkəz müdafiəçisi Coel Əbu Hannanı transfer edib. UEFA Çempionlar Liqasında oynayacaq Varşava klubunun ikinci transferi isə Mahir Emreli olacaq. Bunu qismən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da təsdiqləyib: dünən “Neftçi” ilə oyundan sonra futbolçunun komandada qalmayacağını bildirib.

Qeyd edək ki, Mahir Emreli Azərbaycan Premyer Liqasının sonuncu – həlledici oyununda “Neftçi”yə qarşı 74 dəqiqə meydanda olub. O zədələndiyindən, serbiyalı Uroş Matiçlə əvəzlənib.

Səbuhi Musayev


Вернуться назад