Главная > İdman / Manset > Eldəniz Əzizli: “Yarımfinalda uduzmasaydım, rahat çempion olacaqdım”
Eldəniz Əzizli: “Yarımfinalda uduzmasaydım, rahat çempion olacaqdım”26-04-2021, 07:30. Разместил: azadses |
Bununla da yunan-Roma güləşçilərimiz arasında qitə birinciliyində ən çox medal qazanan Həsən Əliyevə çatdı. Növbəti dəfə Avropa üçüncüsü olan 29 yaşlı pəhləvanımız Azərbaycan Güləş Federasiyasının saytına verdiyi açıqlamada Varşavadakı çıxışını belə dəyərləndirib: “Yaxşı formada idim. Yarışa yaxşı hazırlaşmışdım. Yəqin ki, görüşləri izlədiniz. Müəyyən qədər hakimlərin, müəyyən qədər də öz səhvlərimdən çempion ola bilmədim. Ancaq ruhdan düşmürəm. Dünya çempionatına hazırlaşıb, nəticəmi daha da yaxşılaşdırmağa çalışacağam. Son 4 ildə bütün AÇ və DÇ-lərdə medal qazanmışam. Yunan-Roma güləşində heç vaxt belə bir şey olmayıb. Düzdür, məndən gözlənti həmişə böyük olur. 2019, 2020 və bu il əldə etdiyim bürünc medalların hamısı qızıl ola bilərdi. Ancaq qismət belə imiş. Digər yarışlarda çempionluğu əldən verdiyim üçün hardasa səbəblər tapmaq olardı. Ancaq bu yarışa çox yaxşı hazırlaşmışdım. Çəkisalmada heç bir problem olmamışdı. Özümü çox gümrah hiss edirdim. Yarımfinalda Rusiya güləşçisiylə görüşü də düzgün qurmuşdum. Son 10 saniyədə qələbə heç nədən əlimdən çıxdı. Yoxsa finalda rahat çempion olacaqdım. Çempionluğu əldən verdiyim üçün təəssüflənirəm. Yarımfinal sindromu yaşadığımı düşünmürəm. Bu mərhələyə çatanda da üzərimdə hər hansı psixoloji təzyiq hiss etmirəm. Sadəcə, qismətdir, belə alınır”. Вернуться назад |