Главная > İdman / Manset > Taliskadan “Qalatasaray” iddialarına cavab: “Mən bir qartalam”

Taliskadan “Qalatasaray” iddialarına cavab: “Mən bir qartalam”


28-03-2021, 13:00. Разместил: azadses
Çinin “Quançjou” klubunda çıxış edən braziliyalı futbolçu Anderson Taliska “Qalatasaray”a keçəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.
27 yaşlı yarımmüdafiəçi öz “Instagram” hesabından bu xəbəri təkzib edib.
“Qalatasaray”a hörmət edirəm. Amma bu xəbərlər doğlu deyil. Bu barədə klubla və ya başqa bir şəxslə hər hansı razılaşmamız olmayıb!”, - A.Taliska yazıb.
Braziliyalı futbolçu “Türkiyədə mən bir qartalam” yazaraq sabiq klubu “Beşiktaş”a olan sevgisini nümayiş etdirib.
Qeyd edək ki,  A. Taliskanın Çin təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Вернуться назад