Главная > İdman > “Qalatasaray”ın vitse-prezidenti də koronavirusa qalib gəldi
“Qalatasaray”ın vitse-prezidenti də koronavirusa qalib gəldi7-04-2020, 22:42. Разместил: azadses |
“Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak komandanın baş məşqçisi Fatih Terimdən sonra koronavirus xəstəliyinə qalib gəlib. Azadsəs xəbər verir ki, klub rəsmisinin son testi mənfi nəticə verib. Martın 18-də oğlu və həyat yoldaşı ilə birgə xəstəxanaya aparılan, ötən həftədən isə müalicəsini ev şəraitində davam etdirən Albayrakın artıq koronavirusla bağlı problemi qalmayıb. Qeyd edək ki, “Qalatasaray”ın digər vitse-prezidenti Yusuf Günay da müalicəsini evdə davam etdirir. Вернуться назад |