Главная > İdman / Manset > Altı güləşçimiz Olimpiadaya vəsiqə üçün mübarizəyə başlayır

Altı güləşçimiz Olimpiadaya vəsiqə üçün mübarizəyə başlayır


20-03-2021, 12:00. Разместил: azadses
Bu gün Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat turnirində yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq.
Oxu.Az xəbər verir ki, Azərbaycanın altı yunan-Roma güləşçisi də Olimpiadaya vəsiqə qazanmaq üçün yarışacaq.

60 kq
1/8 final. Murad Məmmədov – Yustas Petraviçyus (Litva)
67 kq
Təsnifat. İslambəy Dadov – Mihay Mihut (Rumıniya)
77 kq
1/8 final. Sənan Süleymanov – Aleksandrin Qutu (Moldova)
87 kq
1/8 final. İslam Abbasov – Şimon Şimonoviç (Polşa) / Daniel Aleksandrov (Bolqarıstan)
97 kq
1/8 final. Murad Lokyayev – Laokratis Kesidis (Yunanıstan)
130 kq
1/8 final. Beka Kandelaki – Aleksandros Papadatos (Yunanıstan)
Qeyd edək ki, görüşlərə Bakı vaxtı ilə saat 14:00-da start veriləcək. Finala vəsiqə qazanan idmançılar Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.
Səbuhi Musayev

Вернуться назад