Главная > İdman / Manset > AL-də gecənin nəticələri: “Arsenal” və “Tottenhem”dən qələbə, “Milan” - “Mançester Yunayted” matçında sülh

AL-də gecənin nəticələri: “Arsenal” və “Tottenhem”dən qələbə, “Milan” - “Mançester Yunayted” matçında sülh


12-03-2021, 09:00. Разместил: azadses
Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
İngiltərə təmsilçilərindən “Arsenal” Yunanıstanda “Olimpiakos”la üz-üzə gəlib və inamlı qələbəyə sevinib.
“Tottenhem” isə Londonda Zaqreb “Dinamo”sunu iki cavabsız qolla üstələyib.
Günün maraqla gözlənilən matçında “Mançester Yunayted” evdə “Milan”la qarşılaşıb. “Erkən final” kimi dəyərləndirilən bu qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.
Kiyev “Dinamo”su “Vilyarreal”ı qəbul edibsə, Donetsk “Şaxtyor”u İtaliyada “Roma”nın qonağı olub. Ukrayna təmsilçiləri bu oyunlarda məğlubiyyətə üzülüb.
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları martın 18-də olacaq.
Avropa Liqası
1/8 finalın ilk oyunları
11 mart

“Slaviya” (Praqa, Çexiya) – “Reyncers” (Şotlandiya) - 1:1
Qollar:
Stanku, 7 – Helander, 36.
“Mançester Yunayted” (İngiltərə) – “Milan” (İtaliya) - 1:1
Qollar:
Diallo, 50 – Kyaer, 90+2.
“Dinamo” (Kiyev, Ukrayna) – “Vilyarreal” (İspaniya) - 0:2
Qollar:
Torres, 30. Albiol, 52.
“Ayaks” (Niderland) – “Yanq Boyz” (İsveçrə) - 3:0
Qollar:
Klaassen, 62. Tadiç, 82. Brobbi, 90+2.
“Qranada” (İspaniya) – “Molde” (Norveç) - 2:0
Qollar:
Molina, 26. Soldado, 76.
“Tottenhem” (İngiltərə) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 2:0
Qollar:
Keyn, 25; 70.
“Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə) - 1:3
Qollar:
El Arabi, 58 – Edeqor, 34. Qabriel, 79. Elneni, 85.
“Roma” (İtaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna) - 3:0
Qollar:
Pelleqrini, 23. El Şaaravi, 73. Mançini, 77.

Вернуться назад