Главная > İdman > Boks millimiz Türkiyədə yarışa qatılacaq
Boks millimiz Türkiyədə yarışa qatılacaq26-02-2021, 22:00. Разместил: azadses |
Azazses xəbər verir ki, kubalı baş məşqçi Umberto Orta Dominqesin rəhbərlik etdiyi yığma Avropa Olimpiya Təsnifat turnirinə hazırlığı Türkiyənin Kastamonu şəhərində keçəcək. Məşqçilər korpusu toplanışda Rüfət Hüseynov, Məsud Yusifzadə (hər ikisi 52 kq), Ümid Rüstəmov, Tayfur Əliyev (hər ikisi 57 kq), Cavid Çələbiyev, Ruslan Rüstəmov (hər ikisi 63 kq), Sərxan Əliyev, Lorenso Sotomayor, Nəbi İsgəndərov (hər üçü 69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq), Osnay Benkoma (91 kq) və Məhəmməd Abdullayevi (+91 kq) yoxlayacaq. Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ənənəvi “Stranca” turnirinə qatılan Türkiyə millisinin də sonradan boksçularımızla birgə məşq edəcəyi istisna olunmur. Komandamız martın 21-dək davam edəcək hazırlıq çərçivəsində beynəlxalq turnirə də qatılacaq. Yığmamızın üzvləri İstanbulda təşkil olunacaq Boğaziçi yarışında qüvvəsini sınayacaq. Bu turnir martın 16-da start götürəcək və beş gün davam edəcək. Qeyd edək ki, boksçularımız Türkiyəyə bu gün yola düşəcək və martın 21-də vətənə dönəcək. Komandamızın heyətində hələlik Tayfur Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib. Вернуться назад |