Главная > İdman > Türkiyə klubunun avtobusu aşıb

Türkiyə klubunun avtobusu aşıb


17-02-2021, 08:38. Разместил: azadses
Türkiyənin 3-cü liqasında çıxış edən “Fatsa Belediyespor” klubunun avtobusu qəzaya uğrayıb.

''Azad Səs'' xəbər verir ki, içərisində 33 nəfərin olduğu avtobus Kırıkkaledən Samsuna gedərkən Delice mahalında aşıb.

Qəzaya güclü qar yağışı nəticəsində yolun həddən atıq sürüşkən olması səbəb olub. Nəticədə idarəetmədən çıxan nəqliyyat vasitəsi qəzaya urğayıb.

Hadisə nəticəsində komanda üzvlərinə heç nə olmasa da, avtobusun sürücüsü yüngül xəsarətlər alıb. (Qafqazinfo)


Вернуться назад