Главная > İdman > "Fənərbağça" Türkiyə Kuboku ilə vidalaşdı

"Fənərbağça" Türkiyə Kuboku ilə vidalaşdı


10-02-2021, 08:02. Разместил: azadses
"Başakşehir" klubu Türkiyə Kubokunda 2020/2021 mövsümünün ilk yarımfinalçısı olub.

"Azad Səs"-in məlumatına görə, Aykut Kocamanın baş məşqçi olduğu kollektiv 1/4 finalda "Fənərbağça"nı səfərdə üstələyib - 2:1. Oyunun əsas vaxtında tərəflər hərəyə 1 dəfə fərqlənib. 42-ci dəqiqədə Junior Fernandes qonaq komandanı irəli çıxarıb. Meydan sahibləri 44-cü dəqiqədə Maurisio Lemosun meydandan qovulması səbəbindən azlıqda qalıb. Bununla belə, Enner Valensia 72-ci dəqiqədə bərabərlik qolunu vurub. Oyunda son nöqtəni isə əlavə vaxtın 6-cı dəqiqəsində Andreas Qulbrandsen yekun nəticəni müəyyənləşdirib.

Yarımfinalda "Başakşehir" "Konyaspor" - "Beşiktaş" cütünün qalibi ilə qarşılaşacaq.(Report)


Вернуться назад