Главная > İdman > Fransa klubu baş məşqçisini qovdu

Fransa klubu baş məşqçisini qovdu


3-02-2021, 08:32. Разместил: azadses
Fransanın “Marsel” futbol klubu baş məşqçisi Andre Villaş-Boaşla yollarını ayırıb.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis istefaya göndərilib.

Qərar portuqaliyalı mütəxəssisin təşkil etdiyi mətbuat konfransında klub rəhbərliyini tənqid etməsindən sonra qəbul edilib.

Andre Villaş-Boaş onun mövqeyinin əksinə olaraq yarımmüdafiəçi Olivier Ntşamla müqavilə imzalamasına narazılığını bildirib.

Klub isə məşqçinin açıqlamalarını klubun və işçilərinin nüfuzuna ciddi ziyan vurduğunu qeyd edib.


Вернуться назад