Главная > İdman > "Barselona" ilə Messi arasında 555 milyon avroluq müqavilə

"Barselona" ilə Messi arasında 555 milyon avroluq müqavilə


31-01-2021, 13:30. Разместил: azadses
İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi ilə 2017-ci ildə uzatdığı müqavilənin detalları üzə çıxıb.

''Azad Səs'' Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı "El Mundo" nəşrində "Barselona"nı darmadağın edən müqavilə" başlıqlı məqalə dərc olunub. Yazıda bildirilir ki, 4 illik müqavilə boyunca Messi 555 milyon avro qazanmalı imiş.

Məbləğin 138 milyon avrosunda vergi çıxılmalarını nəzərə alınmır. Bu, mövsüm üçün fiksə edilmiş ödəniş, habelə, 74,9 milyon avroluq mükafatdır.

115 milyon avro müqavilə bağlaması qarşılığında futbolçuya transfer haqqı kimi ödənilib. Bundan başqa, daha 78 milyon avro bonuslardır.

Qeyd edək ki, Lionel Messinin müqaviləsi 30 iyun 2021-ci ildə bitəcək. Argentinalı hücumçu "Barselona"nı ötən yay tərk etmək istəsə də, klubu onu buraxmayıb. Cari mövsüm Messi 23 oyunda 15 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Вернуться назад