Главная > İdman > "Barselona" Valensiya" və "Çelsi"nin futbolçularını almaq istəyir

"Barselona" Valensiya" və "Çelsi"nin futbolçularını almaq istəyir


28-01-2021, 08:26. Разместил: azadses
"Barselona" klubunun rəhbərliyi "Valensiya"nın futbolçusu Xose Qaya və "Çelsi"nin oyunçusu Markos Alonsonı transfer etmək imkanlarını müzakirə edir.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bu barədə “Mundo Deportivo” bildirib.

Məlumata görə, "Barselona"da Xunior Firponun perspektivindən şübhələnirlər və Jordi Albanı əvəz etmək üçün oyunçu axtarırlar.

Xose Qaya ilə "Valensiya"nın müqaviləsinin müddəti 2023-cü ildə bitəcək. Bildirilir ki, "Valensiya" ciddi maliyyə çətinlikləri ilə üzləşib və 25 yaşlı oyunçunu təxminən 30 milyon avroya satmağa hazırdır

"Barselona" 30 yaşlı Markos Alonsonu izləyir. Onun “Çelsi” ilə müqaviləsi 2023-cü ildə başa çatacaq. “Transfermarkt” portalı Alonsonu 13 milyon avro qiymətləndirir. Futbolçunun xidmətlərində həmçinin Madrid "Atletiko"su maraqlıdır.

Daha əvvəl bildirilirdi ki, "Çelsi" 6 futbolçusunu satmaq istəyir. London təmsilçisinin yollarını ayırmaqa istədiyi oyunçular arasında Markos Alonso da var.

Вернуться назад