Главная > İdman > Polis yüksək sürətlə avtomobil idarə edən futbolçunu saxladı
Polis yüksək sürətlə avtomobil idarə edən futbolçunu saxladı24-02-2020, 23:51. Разместил: azadses |
![]() “Report”un məlumatına görə, bu barədə “El Mundo” xəbər yayıb. Nəşrin yazdığına görə, futbolçu qaydanı klubun Valdebebas şəhərində yerləşən bazasının yanında pozub. Marselo sürət həddi saatda 120 km/saat təyin olunan yolda avtomobili 134 km/saat sürətlə idarə edirmiş. Bundan başqa onun sürücülük vəsiqəsində də nöqsan aşkarlanıb. Belə ki, İspaniyada qayda pozuntusuna görə sürücülük vəsiqəsindən müəyyən sayda xal tutulur. Braziliyalı futbolçunun sürücülük vəsiqəsində 0 xal olub. Xalın olmaması isə şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olduğunu göstərir. Marselo, öz növbəsində qaydalar haqqında məlumatsız olduğunu iddia edib. Вернуться назад |