Главная > İdman > "Qalatasaray" sabiq futbolçusu ilə anlaşdı

"Qalatasaray" sabiq futbolçusu ilə anlaşdı


9-01-2021, 16:33. Разместил: azadses
Türkiyə "Qalatasaray"ı qış fasiləsində ilk transferini gerçəkləşdirməyə yaxındır.

''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi sabiq futbolçusu Henri Onyekuru ilə anlaşıb.

Fransa "Monako"su ilə vidalaşmağa hazırlaşan 24 yaşlı hücumçunun icarə əsasında sarı-qırmızı formanı geyinəcəyi bildirilir.

Onun yaxın günlərdə Türkiyəyə gələrək rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Qeyd edək ki, nigeriyalı forvard 2018/2019 mövsümündə "Qalatasaray"da çıxış edib.


Вернуться назад