Главная > İdman > Türkiyə klubuna transfer qadağası qoyuldu
Türkiyə klubuna transfer qadağası qoyuldu28-12-2020, 12:30. Разместил: azadses |
UEFA Türkiyə Super Liqasında çıxış edən "Ankaragücü"nə transfer qadağası qoyub. "Azad Səs" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin prezidenti Fatih Mert yerli mətbuata açıqlamasında deyib. O bildirib ki, əvvəlki dövrdən qalan iki sənədin xəbərdarlıq müddəti bitmək üzrədir və bu səbəbdən klub cəza ilə üzləşir. Mert bütün klublar kimi sponsor tapmaqda çətinlik çəkdiklərini sözlərinə əlavə edib: "Bunları həll etməyə çalışacağıq, başqa seçimimiz yoxdur. Həll edə bilməsək, hazırkı heyətimizlə oynayacağıq".Report Вернуться назад |