Главная > İdman > İdmançılardan etiraz: "Məşq etməyə yer tapmırıq" - İDMAN ZALLARI AÇILACAQ?
İdmançılardan etiraz: "Məşq etməyə yer tapmırıq" - İDMAN ZALLARI AÇILACAQ?24-12-2020, 16:18. Разместил: azadses |
Artıq 10 aydır ki, dünyada, eləcədə Azərbaycanda koronavirus bəlası hökm sürür. Yoluxmanın qarşısını almaq üçün bir çox sahələrdə qapanmalar həyata keçirilir. Lakin sərt karantin bir neçə dəfə yumuşaldılsa da, idman zallarınən fəaliyyətinə icazə verilmir. Bu, idmançıların məşq prosesinə ciddi təsir edir. Onlar məşq etmək üçün yer tapa bilmədiklərini bildirir. Məsələ ilə bağlı bağlı Redaktor.az-a danışan Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova idman zallarının fəaliyyət göstərməməsinin onlar üçün də ciddi problemlər yaratdığını bildirib: “İdmançıların üzləşdiyi problemlə bağlı biz Operativ Qərargahı məlumatlandırmışıq. Bizim üçün də çox çətindir. Zalların bağlı olması səbəbi ilə idmaçılar məşqsiz qalıb. Yarışların keçirilməsi baxımından idmançıların məşq etməsi vacibdir. Amma təəssüf ki, zalların açılması ilə bağlı qərarı biz vermirik”. Gimnastika üzrə Avropa çempionu Mixail Malkin idman zallarının bağlı olmasının onlar üçün ciddi problem olduğunu bildirib: “Demək olar ki, bir çox ölkələrdə idman zalları fəaliyyət göstərir. Amma bizim ölkəmizdə hələ ki, bu haqda söhbət belə getmir. Məşq edə bilməməyimiz bizim üçün ciddi problem yaradır, yarışlara hazırlaşa bilmirik”. Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun boksçusu, Olimpiya Oyunlarının mükafatçısı Kamran Şahsuvarlı da digər idmançılar kimi zalların bağlı olmasından əziyyət çəkdiyini qeyd edib: “Təbii ki, bir idmançının məşq etməsi üçün ona zall lazımdır. Biz yarışlara hazırlaşmalıyıq, amma məşq etməyə zal tapmırıq, hər yer bağlıdır. Sadəcə açıq havada icazə var, amma indiki havada çöldə məşq etmək olar? Təbii ki, yox. Ümid edirik ki, bununla bağlı hansısa tədbir görüləcək”. Fitness təlimçisi Sadiq Abdullayev də zalların bağlı olması səbəbi ilə qarşılaşdığı problemləri saytımıza bildirib. “Demək olar ki, bütün sahələrdə müəyyən güzəştlər tətbiq olunsa da, idman zallarının fəaliyyəti ilə bağlı heç bir güzəşt olmadı. Amma bizdə də müəyyən güzəştlər tətbiq edilə bilərdi. Məsələn, ara məsafəsini gözləməklə fəaliyyətimizə icazə verilə bilərdi. Sadəcə açıq havada icazə verilib ki, bu da ancaq həvəskar idmançılar üçündür. İllərini idmana sərf edən biri açıq havada necə peşəkar məşqlə məşğul ola bilər? Özü də söhbət yarışlara qatılmaqdan gedir. Yarışlara ciddi şəkildə hazırlaşmaq lazımdır. Həmçinin, zalların bağlı olmasının digər bir sıxıntısı maddi məsələlərdir. Çünki biz pulumuzu idmandan qazanırıq və qazancımızı da özümüzə yatırım edirik. Amma aylardır heç nə edə bilmirik. Bu da təbii ki, müəyyən sıxıntı, əsəb yaradır. Bildiyiniz kimi əsab və stress də bədənə çox mənfi təsir edir”. Qeyd edək ki, qardaş Türkiyədə karantin rejimi tətbiq olunsa da, idman zalları müəyyən şərtlər əsasında fəaliyyətini davam etdirir. Böyük Britaniyada da yaxın zamanlarda idman zallarının açılacağı gözlənilir. Вернуться назад |