Главная > İdman > AFFA "Qəbələ" klubunu cərimələdi

AFFA "Qəbələ" klubunu cərimələdi


22-12-2020, 12:54. Разместил: azadses
AFFA İntizam Komitəsi "Qəbələ" klubunu 600 manat məbləğində cərimələyib.

"Report"un məlumatına görə, buna səbəb əyalət təmsilçisinin Premyer Liqanın XII turunun “Qarabağ”la ev matçında (1:1) qayda pozuntusuna yol verməsidir.

Oyun öncəsi yanğından mühafizə xidmətinin nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub.

Bundan başqa, "Qəbələ"nin yarımmüdafiəçisi Rövlan Muradov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Klub isə buna görə 200 manat cərimə ödəyəcək.


Вернуться назад