Главная > İdman > Boks millimizə yenidən Kubadan baş məşqçi təyin olundu
Boks millimizə yenidən Kubadan baş məşqçi təyin olundu28-10-2019, 17:19. Разместил: admin |
Kişi boksçulardan ibarət Azərbaycan yığmasında yeni baş məşqçi təyinatı rəsmiləşib. Oxu.Az xəbər verir ki, milli komanda kubalı Umberto Orta Dominqesə həvalə edilib. 53 yaşlı mütəxəssislə bir illik müqavilə imzalanıb. O bu postda baş məşqçi vəzifəsini icra edən Nəriman Abdullayevi əvəzləyib. Umberto Orta 1966-cı ildə Kubanın Kamaquey şəhərində anadan olub.1984-cü ildə ölkəsində Bədən Tərbiyəsi İnstitutunu bitirən mütəxəssis boks məşqçisi ixtisasına yiyələnib. O, 1984-1992-ci illərdə Kamaqueyin idman məktəbində boks müəllimi işləyib. Daha sonra U.Ortanın yığma karyerası başlayıb. Kubanın yeniyetmələrdən və gənclərdən ibarət yığmalarında çalışan mütəxəssis 1992-2005-ci illərdə məşqçi, növbəti 11 ildə baş məşqçi kimi işləyib. Mütəxəssis bu müddətdə 18 dünya birinciliyi, bir dünya çempionatı, iki Yeniyetmələrin Yay Olimpiya Oyunlarına komanda çıxarıb. Onun yetirmələri dünya birinciliklərində 80, Olimpiadalarda doqquz qızıl medal qazanıb. London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarında Kubanı təmsil edən 10 boksçudan doqquzu müxtəlif yaş qruplarında U.Ortanın rəhbərliyi altında çalışıb. 2016-cı ilin oktyabrında mütəxəssis Rusiya yığmasına məşqçi təyin olunub. O, bir il burda işlədikdən sonra qonşu ölkədə fəaliyyətini klubda davam etdirib. Nəriman Abdullayev isə əvvəlki kimi yenə millidə böyük məşqçi funksiyasını yerinə yetirəcək.Onu da bildirək ki, millimizin heyətində Kubadan iki boksçu – Lorenso Sotomayor və Pedro Alfonso var. Əvvəl də komandamızı Kubadan məşqçi çalışdırıb. Bu, Pedro Roke Otanyo olub. Вернуться назад |