KİV: “Əl-Hilal” “Barselona”nın hücumçusu üçün 100 milyon avro ödəməyə hazırdır
- 24-03-2024, 13:00
- İdman
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu növbəti transfer pəncərəsində "Barselona"nın hücumçusu Rafinyanı almağa hazırlaşır.
"Report" xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Məlumata görə, Səudiyyə klubu braziliyalı futbolçunun transferi üçün 100 milyon avro ödəməyə hazırdır. Həmçinin bildirilir ki, “Əl-Hilal” Rafinyaya Barselonadakı maaşından üç dəfə çox əmək haqqı təklif edir.
Mənbənin sözlərinə görə, "Barselona" futbolçu ilə ayrılmaq istəmir, lakin maliyyə vəziyyətini nəzərə alaraq, belə bir razılaşmanın klub üçün faydalı ola biləcəyini anlayır.
Xatırladaq ki, Rafinya bu mövsüm bütün turnirlərdə 28 matçda iştirak edib, 5 qol vurub, 10 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalının məlumatına görə, onun bazar qiyməti 50 milyon avrodur.