“İnter Mayami” Lionel Messinin ilk komandası ilə yoxlama görüşü keçirəcək
- 19-12-2023, 15:29
- İdman
ABŞ-nin “İnter Mayami” klubu futbolçusu Lionel Messinin ilk komandası olan Argentina “Nyuells Old Boyz”u ilə yoldaşlıq oyunu keçirəcək.
“Report” xəbər verir ki, bu barədə MLS təmsilçisi məlumat yayıb.
Bildirilib ki, qarşılaşma 2024-cü il fevralın 15-də Mayamidə baş tutacaq. “İnter Mayami” həmçinin Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr” və “Əl-Hilal”la da yoxlama görüşü keçirəcək.
Qeyd edək ki, Lionel Messi 1994-2000-ci illərdə “Nyuells Old Boyz”un aşağı yaş qrupu komandasında oynayıb. 2023-cü ilin yayında “İnter Mayami”yə keçən hücumçunun müqavilə müddəti 2025-ci ilin sonuna qədərdir.