“Aris”in futbolçusu: “Rakuv”un “Qarabağ”ı keçməsinə təəccüblənmədim”
- 9-08-2023, 08:51
- İdman
“Rakuv”un Çempionlar Liqasında “Qarabağ”ı keçməsinə təəccüblənmədim”.
“Report”un məlumatına görə, bunu Kiprin “Aris” klubunun futbolçusu Mariuş Stepinski Polşa təmsilçisi “Rakuv”un UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ı üstələməsini dəyərləndirərkən deyib.
28 yaşlı polşalı hücumçu III raundda həmyerlilərinə qarşı keçirdikləri ilk görüşə də münasibət bildirib. Stepinski səfərdə 1:2 hesablı məğlubiyyətin komandasına ümid verdiyini söyləyib: “Rakuv” çox keyfiyyətli komandadır. “Qarabağ”ı keçməsi də bundan xəbər verirdi. Həmin cütdə şansları yarı-yarıya görürdüm. Oyunun təşkili və sabitlik belə məqamlarda çox şeyi həll edir. Bizimlə matç da maraqlı alındı. Son dəqiqələrdə vurduğumuz qol cavab qarşılaşması öncəsi komandada özünəinamı artırdı. Azarkeşlərimizin də dəstəyi ilə mərhələni adlamağa çalışacağıq”.
Qeyd edək ki, “Qarabağ”ı Polşada 3:2 hesabı ilə məğlub edən “Rakuv” Bakıda bərabərə qalaraq (1:1) mərhələ adlayıb. “Rakuv”la “Aris” arasında Kiprdəki cavab görüşü avqustun 15-də keçiriləcək.