azadses.az » İdman » Premyer Liqa: "Qarabağ" bu gün çempionluğu təmin edə bilər

Premyer Liqa: "Qarabağ" bu gün çempionluğu təmin edə bilər

Bu gün Azərbaycan Premyer Liqasında XXXIV turun daha iki oyunu keçiriləcək.

"Report"un məlumatına görə, matçlardan biri bölgədə, digəri isə paytaxtda baş tutacaq.

Günün ilk qarşılaşmasında "Qəbələ" doğma meydanda "Turan Tovuz"u qəbul edəcək. Hazırda "qırmızı-qaralar" 48 xalla 4-cü, Tovuz klubu isə 35 xalla 6-cı pillədə qərarlaşıb.

İki komanda bunadək ölkə çempionatında 3 dəfə üz-üzə gəlib. İlk matçda "Qəbələ" qələbə qazanıb. Son iki görüş isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də Elmar Baxşıyevin başçılıq etdiyi komanda üstündür - 3:1.

Günün son oyununda "Qarabağ" "ASCO Arena"da "Səbail"in qonağı olacaq. Hazırda 84 turnir cədvəlinə başçılıq edən Ağdam klubu qalib gələcəyi təqdirdə çempionluğu vaxtından əvvəl təmin edəcək. Elitada qalmaq uğrunda mübarizə aparan "dənizçilər" isə 25 xalla 9-cu sırada yer alıb.

Komandaların indiyədək çempionatda baş tutan 22 görüşündə "köhlən atlar" 18 dəfə qələbə sevinci yaşayıb. Bakı klubunda bu göstərici cəmi ikidir. Eyni sayda qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların nisbəti də son Azərbaycan çempionunun xeyrinədir - 47:8.

"Qarabağ" son 5 oyunda qələbə qazanıb. Son 7 matçda qalib komanda ən azı 3 qol vurub.

Azərbaycan Premyer Liqası
XXXIV tur
13 may (şənbə)

18:00. "Qəbələ" - "Turan Tovuz"
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Qəbələ şəhər stadionu.

20:30. "Səbail" - "Qarabağ"
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: İlham Əliyev
"ASCO Arena".

Qeyd edək ki, XXXIV turun açılış oyununda "Zirə" evdə "Kəpəz"lə 1:1 hesablı heç-heçəyə razılaşıb. Turun "Neftçi" - "Şamaxı" matçı mayın 14-də, "Sumqayıt" - "Sabah" qarşılaşması isə mayın 17-də keçiriləcək.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  2. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  3. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  4. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  5. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  6. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  7. Bakıda yol qəzası olub, xəsarət alan var
  8. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  9. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  10. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı