İtaliyanın “Napoli” klubunun rəhbərliyi Luçano Spaletti ilə yeni müqavilənin imzalanmasına dair məlumat yayıb.
Xəbər klubun rəsmi saytında dərc edilib.
62 yaşlı mütəxəssis klubun sükanı arxasına iyulun birində keçəcək.
Xatırladaq ki, “Napoli” klubuna bundan əvvəl Cennaro Qattuzo rəhbərlik edirdi.