Главная > Hadisə > Bakıda 32 yaşlı kişi üstünə benzin tökərək özünü yandırdı

Bakıda 32 yaşlı kişi üstünə benzin tökərək özünü yandırdı


7-12-2020, 12:01. Разместил: azadses
Bakıda intihar hadisəsi baş verib.
''Azad Səs'' Unikal.org-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Rayon sakini, 1988-ci il təvəllüdlü İbrahimov Nurlan Dilqəm oğlu ailə münaqişəsi zəminində yaşadığı evin həyətində üstünə benzin tökərək özünü yandırıb.
Ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Вернуться назад