Главная > Hadisə > Azərbaycanlı milyarderin keçmiş arvadı öz oğlanlarını məhkəməyə verdi

Azərbaycanlı milyarderin keçmiş arvadı öz oğlanlarını məhkəməyə verdi


21-01-2020, 10:14. Разместил: azadses
Qadın oğlunun atası Fərhad Əhmədova təzminat ödəməməsi üçün kömək etdiyini deyir
Azərbaycanlı milyarder Fərhad Əhmədovun keçmiş həyat yoldaşı ortaq nigahdan olan oğlunu məhkəməyə verir. Tatyana oğlu Teymurdan şikayət etmək niyyətindədir. "The Times"in məlumatına görə, qadının vəkilləri Britaniya paytaxtında çalışan gəncin atasına keçmiş arvadına məhkəmə qərarı ilə təzminat qismində təyin edilən 453 milyon funt sterlinq ödəməmək üçün kömək etdiyini deyirlər.
Teymur "STE Capital"a rəhbərlik edir və startaplara sərmayələrlə məşğul olur. Gənc adam anasının ittihamları ilə qəti razı deyil. Onun müdafiəsinə atası Frhad Əhmədov da qoşulub. 

Fərhad Əhmədov və Tatyana arasında qalmaqallı boşanma prosesi illərdir davam edir. İş adamı əslində arvadından 19 il öncə ayrılıb. Buna səbəb isə qadının özünün də etiraf etdiyi xəyanətləri olub. Milyarderin arvadının ikili vətəndaşlığı olub - Britaniya və Rusiya. Boşanma Moskvada qeydə alınıb. 

Bir neçə il sonra Tatyana London məhkəməsinə müraciət edərək Britaniya qanunlarına uyğun yenidən boşanma prosesini başlayıb. London məhkəməsi onun leyhinə qərar verib və biznesmeni sərvətinin əhəmiyyətli qismini ona ödənməsi barədə qərar çıxarıb. Bundan sonra keçmiş ər-arvad bir-birinə qarşı yeni iddialar qaldırırlar. 
Əslən azərbaycanlı olan Fərhad Əhmədov 1993-cü ildə "Nortqaz"ın səhmdarlarından olub. 2012-ci ilin noyabrında o öz səhmlərinin 49 faizini satıb. 
Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovbir neçə gün öncə 6-cı dəfə ata olub. 64 yaşlı biznesmenin Adəm adlı oğlu dünyaya gəlib. Onun keçmiş həyat yoldaşı Tatyana Əhmədova ilə nikahından 2 oğlu, Anna Əhmədovadan isə bir oğlu, iki qızı var. 




Вернуться назад