Главная > Hadisə > Azərbaycanda DƏHŞƏT: 44 yaşlı kişi yanaraq öldü

Azərbaycanda DƏHŞƏT: 44 yaşlı kişi yanaraq öldü


2-12-2020, 08:23. Разместил: azadses
Goranboy rayonunda fərdi yaşayış evlərindən birində yanğın baş verib.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, hadisə rayonun Kürək-Çay qəsəbəsində qeydə alınıb.
Ev sahibi Qırıxlı kənd sakini 44 yaşlı Altay Verdiyevə məxsus yaşayış evində baş verən hadisə nəticəsində ev sahibi, adıçəkilən şəxs yanaraq dünyasını dəyişib. Ev sahibinin həyat yoldaşı 1981 ci il təvəllüdlü Mustafayeva Mehriban Əbülfəz qızı isə müxtəlif yanıq xəsarətləri ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yanğın zamanı alov yaxınlıqda yerləşən daha 3 evə keçib.
Yanğını söndürmək üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Goranboy rayon Yanğından Mühafizə İdarəsinin briqadaları və rəsmi şəxsləri cəlb edilib.
Təxminən 1 saat sonra alovu ram etmək mümkün olub.
İlkin ehtimala görə hadisə qaz sobasının yanında olan uşaq paltarına alovun düşməsi səbəbindən baş verib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb, hadisənin təfərrüatları dəqiqləşdirilir.


Вернуться назад