Главная > Hadisə > Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


30-11-2020, 10:37. Разместил: azadses
Hazırda Gürcüstan həbsxanalarında Azərbaycan vətəndaşı olan 108 nəfər saxlanılır.
''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin oktyabr ayı üzrə hesabatında bildirilib.
Sənədə əsasən, aylıq müqayisədə qonşu ölkədə həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı 2 nəfər azalıb.
İttiham olunan 11 vətəndaşın 7-si kişi, 4-ü isə yeniyetmədir. Məhkumların sayı isə 86-sı kişi, 11-i qadın olmaqla 97-dir.
Hesabatda qeyd olunub ki, Gürcüstanda probasiya nəzarətində olan əcnəbilərin 30-u Azərbaycan vətəndaşıdır. Onların 29-u kişi, 1-i qadındır.

Вернуться назад