Главная > Hadisə > Ağdaşda evdən içərisində pul və qızıl olan çanta oğurlandı

Ağdaşda evdən içərisində pul və qızıl olan çanta oğurlandı


27-11-2020, 09:52. Разместил: azadses
Ağdaş rayonunda evlərdən birindən oğurluq edilib.
''Azad Səs'' xəbər verir ki, hadisə rayonun Aşağı Zeynəddin kəndində baş verib.
Belə ki, kənd sakini Rəvan Şərifovun evinə daxil olan naməlum şəxs və ya şəxslər içərisində pul və qızılların olduğu çatanı oğurlayıblar. Çantada 5 min manat dəyərində qızıl-zinət əşyaları, 2 min ABŞ dolları, 780 manat, ailəyə məxsus şəxsiyyət vəsiqələri və digər rəsmi sənədlər olub
Hadisə baş verən zaman Rəvan Şərifov və ailəsi evdə olmayıb.
Oğurluqla bağlı dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib. Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.Report

Вернуться назад