Главная > Hadisə > Qaxda yanğın olub, xəsarət alan var

Qaxda yanğın olub, xəsarət alan var


27-11-2020, 08:36. Разместил: azadses
Qax rayonunda yanğın hadisəsi baş verib.
Bu barədə ''Azad Səs''-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Qax rayonunda ümumi sahəsi 400 m² olan mağazanın zirzəmisində karton taralar 5 m² sahədə yanıb. Yanğın zamanı müxtəlif xəsarətlər alan 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Вернуться назад