Главная > Hadisə > Cəlilabadda 64 yaşlı kişi yol qəzasında xəsarət aldı

Cəlilabadda 64 yaşlı kişi yol qəzasında xəsarət aldı


26-11-2020, 07:58. Разместил: azadses
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhəri Mərkəzi Bazar yaxınlığında qeydə alınıb. Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər - rayonun Ləkin kənd sakini, 1956-cı il təvəllüdlü Əliyev Kamal Vəlixan oğlu yaralanıb. O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya gətirilib və lazımi tibbi yardım alıb.
Faktla bağlı araşdırma aparılır.

Вернуться назад