Главная > Hadisə > Şamaxıda yanğın olub

Şamaxıda yanğın olub


25-11-2020, 14:31. Разместил: azadses
Şamaxı rayonunda yanğın hadisəsi baş verib.
''Azad Səs'' xəbər verir ki bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Şamaxı rayonunun Göylər Dağ kəndində ümumi sahəsi 390 kvadrat metr olan fəaliyyət göstərməyən birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 140 kvadrat metr sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Вернуться назад