Главная > Hadisə > Bakıda yaşayış binasında yanğın: Sakinlər təxliyyə edildi

Bakıda yaşayış binasında yanğın: Sakinlər təxliyyə edildi


14-01-2020, 22:51. Разместил: azadses
Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub. 
Azadsəs-in məlumatına görə, binanın ikinci mərtəbəsində ümumi sahəsi 50 m² olan ikiotaqlı mənzilin hamam otağında lambirindən ibarət tavan 3 m² sahədə və plastik qapı, dəhlizində quraşdırılan kondisioner yanıb.  
Yanğın zamanı tüstülənmiş mənzillərdən yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.  
Mənzil qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 


Вернуться назад