Главная > Hadisə > Şəkidə ev partladı: İki nəfər yaralandı

Şəkidə ev partladı: İki nəfər yaralandı


24-11-2020, 08:53. Разместил: azadses
Şəki rayonunun Çeşməli kəndində ümumi sahəsi 108 kvadrat m olan birmərtəbəli 4 otaqlı evdə  partlayış və yanğın baş verib.
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Partlayış dalğasının təsirindən evin dam örtüyü qısmən çöküb, pəncərə çərçivələri yerindən çıxıb.
Partlayış nəticəsində baş verən yanğında ümumi sahəsi 24 kvadrat m olan bir otağın lambirindən ibarət tavan və içərisində ev əşyaları yanıb. 
Hadisə zamanı iki nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İlkin ehtimala görə, partlayış məişət qaz sızması nəticəsində baş verib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Вернуться назад