Главная > Hadisə > İran səhvən vurulan təyyarə ilə bağlı ilk addımı atdı
İran səhvən vurulan təyyarə ilə bağlı ilk addımı atdı14-01-2020, 12:21. Разместил: azadses |
İran bir neçə gün öncə vurulan Ukrayna təyyarəsi ilə bağlı ilk addımları atıb. Ədliyyə Nazirliyi aviaqəza ilə bağlı saxlanılanların olduğunu açıqlayıb. Saxlanılan şəxslərin tutduqları mövqelər ilə bağlı hər hansı açıqlama verilməyib. Saxlanılanlar barədə məlumatın yayılması ilə eyni zamanda ölkə prezidenti Həsən Ruhani də sərnişin təyyarəsinin vururlması ilə bağlı bütün məsul şəxslərin cəzalandırılacağını deyib. "Təyyarə ilə bağlı faciəli hadisədir və diqqətli şəkildə araşdırlmalıdır. Bu hadisədən sadəcə bir şəxs məsul ola bilməz". Xatırladaq ki, Tehrandan Kiyevə uçan "Boeing 737" təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Qəzadan dərhal sonra hadisənin texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib. Lakin bir neçə gün sonra İran Silahlı Qüvvələri sərnişin təyyarəsinin raketlə vurulduğunu etiraf edib. Məlumata görə, hərbçilər təyyarəni qanadlı raketlə səhv salıblar. Qəza nəticəsində 176 nəfər ölüb. Вернуться назад |