Главная > Hadisə > Bakıda ardıcıl iki yol qəzası baş verib - FOTO

Bakıda ardıcıl iki yol qəzası baş verib - FOTO


23-11-2020, 11:58. Разместил: azadses
Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportuna aparan avtomobil yolunda ardıcıl iki yol qəzası qeydə alınıb.
''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, qəzalardan biri “Buta Palace” yaxınlığında, zəncirvari formada baş verib. Qəza yolda sıxlığa səbəb olub.
Bundan başqa, “Baku Expo” mərkəzi yaxınlığında "Ford" markalı yük avtomobili aşıb. Bu qəza da yolda sıxlıq yaradıb.


Вернуться назад