Главная > Hadisə > Astarada 54 yaşlı kişi çayda batdı

Astarada 54 yaşlı kişi çayda batdı


23-11-2020, 08:42. Разместил: azadses
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Pensər çayının Astara rayonu, Şiyəkəran kəndi ərazisindən keçən hissəsində 1966-cı il təvəllüdlü Qulamov İsmayıl Şıxı oğlunun batması barədə məlumat daxil olub.
 
''Azad Səs'' FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
 
Əlavə məlumat veriləcək.



Вернуться назад