Главная > Hadisə > İsmayıllıda taxta sexi və heyvandarlıq ferması yanır
İsmayıllıda taxta sexi və heyvandarlıq ferması yanır22-11-2020, 12:51. Разместил: azadses |
İsmayıllı yanğın hadisəsi baş verib. ''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, hadisə şəhərin şərti olaraq “Kərpic zavodu” adlanan ərazisində sahibkar Ramal Səfərova məxsus taxta emalı sexində və sexə bitişik heyvandarlıq fermasındakı ot tayasında qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və 30 nəfər canlı qüvvəsi cəlb edilib və yanğının ətrafa yayılmasının qarşısını alıb. Lakin taxta və otun qapalı yerlərdə olması yanğınsöndürənlərin işini cətinləşdirib. Nəticədə yanğını günorta saatlarınadək tamamilə söndürmək mümkün olmayıb. Nəticədə sexdəki 2 kub taxta, habelə 5 ton ot yanıb. Hazırda yanğının söndürülməsi davam edir. Вернуться назад |