Главная > Hadisə > Bakıda çoxmərtəbəli binada yanğın olub, 4 nəfər xilas edilib

Bakıda çoxmərtəbəli binada yanğın olub, 4 nəfər xilas edilib


19-11-2020, 08:36. Разместил: azadses
Bakıda yanğın hadisəsi baş verib.
Bu barədə ''Azad Səs''-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Belə ki, paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 88 m² olan mənzildə çarpayı və yataq dəsti yanıb. Yanğın zamanı 4 nəfər xilas olunub və 9 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Вернуться назад