Главная > Hadisə > Şəmkirdə iki maşın toqquşdu, sürücü öldü

Şəmkirdə iki maşın toqquşdu, sürücü öldü


13-11-2020, 10:43. Разместил: azadses
Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
''Azad Səs'' xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə noyabrın 12-də saat 7 radələrində qeydə alınıb.
Tovuz rayon sakini Firuz Rəsulovun idarə etdiyi “VAZ-2107” və Kəlbəcər rayon sakini S.Hüseynovun idarə etdiyi “QAZ-2705” markalı avtomobillər toqquşub. Nəticədə F.Rəsulov və sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.Report

Вернуться назад