Главная > Hadisə > Oqtay Gülalıyev əməliyyat olundu
Oqtay Gülalıyev əməliyyat olundu10-01-2020, 22:53. Разместил: azadses |
Türkiyədə müalicəsi davam edən hüquq müdafiəçisi Oqtay Gülalıyev bu gün əməliyyat olunub. Azadsəs xəbər verir ki, Gülalıyevin əməliyyatı üç saat davam edib. Bu barədə məlumatı hüquq müdafiəçisinin oğlu Əli Gülalıyev yayıb. Gülalıyevin həkimi Mehdi Sasaninin bildirdiyinə görə, əməliyyat uğurlu keçib. Başında yaranmış artıq suyun çəkilməsi üçün beyninin sağ tərəfinə şunt qoyulub. Vəziyyəti hazırda stabildir. Xatırladaq ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir. Hazırda onun müalicəsi Türkiyənin Amerikan Xəstəxanasında davam edir. Bugünkü əməliyyat da məhz fondun dəstəyi ilə baş tutub. Вернуться назад |