Главная > Hadisə > Balakəndə yanğın: 500 kiloqram xurma məhv oldu

Balakəndə yanğın: 500 kiloqram xurma məhv oldu


7-11-2020, 11:04. Разместил: azadses
Balakən rayonunun Katex kəndində ümumi sahəsi 50 kvadrat metr olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 30 kvadrat metr sahədə və damına yığılan bir ton xurmanın 500 kiloqramı yanıb.
''Azad Səs'' xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, köməkçi tikilinin və xurmanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.


Вернуться назад